Venegra-NM N4 100MG
Qənaətbəxş cinsi əlaqə üçün cinsiyyət üzvündə ereksiyanın əmələ gəlməməsi və saxlanıla bilməməsi ilə xarakterizə olunan ereksiya pozğunluqlarının müalicəsi üçün faydalı preparatdır.
Məhsul haqqında ətraflı məlumat
Erektil disfunksiyanın müalicəsində istifadə olunan dərman vasitəsidir.
Venegra-NM- Beynalxalq patentleşdirilməmiş adı: Sildenafil
Tərkibi: Təsiredici maddə: 1 örtüklü tabletin tərkibində 100mq sildenafilə ekvivalent Sildenafil (sitrat şəklində)vardır.
Təsviri: Girdə ikitərəfli qabarıq göy rəngli tabletdir.
İstifadəsinə göstərişlər: Ereksiyanın pozulmasının müalicəsi.
Qənaətbəxş cinsi əlaqə üçün cinsiyyət üzvündə ereksiyanın əmələ gəlməsi və saxlanılması qabiliyətinin olmaması ilə xarakterizə olunan ereksiya pozğunluqlarının müalicəsi.
Venegra-NM erektil disfunksiyanın simptomatik müalicəsi üçün göstərişdir. Venegra-NM cinsi stimullaşma olmadan təsir göstərmir. Qadınlarda istifadə olunmur.
İstifadə qaydası:
Venegra-NM - Cinsi aktdan 1 saat qabaq qəbul olunur.
Birdəfəlik qəbul dozası 50 və ya 100mq-dır Qəbul dozasını aşmanız tövsiyyə olunmur və xoşagəlməz hallara gətirib çıxara bilər.
Venegra-NM (Sildenafil) tez sorulur. Yağlı ağır qida qəbulu zamanı sildenafilin sorulması ləngiyir.
Xüsusi göstərişlər:
Sildenafilə və ya preparatın tərkibindəki köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssalıq. Farmakoloji müalicəyə başlamazdan əvvəl erektil disfunksiyasının potensial səbəbləri öyrənmək üçün xəstənin anamenizinin tam toplanması və fiziki müayinələrin aparılması vacibdir.