Fidelia Baku
Reklam Yerləşdirmək üçün zəng edin
Fidelia Baku
Haqqımızda

Bu layihəni həyata keçirmək fikri ölkəmizdə cinsi yolla keçən xəstəliklərin və cinsi problemlər səbəbindən yaranan ailə münaqişələri, boşanma hallarının ciddi artımı fonundakı narahatlıqdan formalaşmışdır.

Mental dəyərlərdən, sosial statusundan və cinsi məhsulların alışı zamanı hiss olunacaq alayçı yanaşmalarından dolayı əksər vətəndaşlar cinsi sağlamlıqlarını utanmaqlarına qurban verirlər.

Cinsi münasibətlər, cinsəl sağlamlıq cəmiyyətimizdə hər zaman toxunulmaz mövzu olaraq qəbul edildiyindən, müasir dövrümüzdə bu sahədəki tibbi problemləri və xəstəlikləri daha da artırır.

İnkişaf etmiş ölkələrdə dövlətin ən ciddi mübarizə apardığı problemlərdən biri cinsi xəstəliklərin qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin görülməsidir. Mental dəyərlərin üstün olduğu ölkələrə nəzər yetirsək bu kimi problemlərin və ehtiyacların qarşılanması müxtəlif online platformalar vasitəsilə tənzimlənməkdədir. Komanda olaraq bu layihəni həyata keçirməkdə məqsədimiz tam təhlükəsiz, heç bir müştəri məlumatı toplamadan, birbaşa əlaqə olmadan vətəndaşlarımızın bu sahədəki bütün ehtiyaclarının qarşılanmasıdır.

BBeeHappy.az platforması üzərindən sifariş olunacaq bütün məhsullar xüsusi paketlənmə ilə hədiyyəlik qablaşmada müştərilərə çatdırılır.

Məhsullarımız xüsusi paketləmə ilə kuryer şirkətləri tərəfindən çatdırıldığı üçün, heç bir üçüncü şəxs tərəfindən məhsul haqqında məlumat olmur. Bu səbəbdən istədyiniz məhsulu istənilən ünvana tərəddüd etmədən sifariş ede bilərsiniz.

Bütün məhsullar ölkəyə qanuni gətirilmiş, sertifikatlaşdırılmış və Səhiyyə Nazirliyi tərəfindən satışına icazə verilmiş yüksək keyfiyyətli məhsullardır. Sağlamlığınız hər şeydən daha önəmlidir!

Cinsəl sağlamlığınız üçün bütün ehtiyaclarınızı heç bir ünsiyyət və utanc hissi yaşamadan bizim platformadan əldə edə bilərsiniz!