Qadın və kişilərdə cinsi gücü artıran meyvə qurusu
1,5 ay ərzində hər gecə yatmazdan qaysı, əncir və qara gavalı qurusu yemək onurğa sütununu bərpa edərək gücü artırır, nəticədə orqanizmi daha gümrah edir. 3 inqredientdən ibarət resepti hazırlamaq çox asandır.
Kişilərdə sonsuzluq və müalicəsi
Kişi sonsuzluğunun əsas səbəbi – kişi spermasının keyfiyyətinin aşağı olması (canlı və hərəkətli spermatozoidlərin sayının həddən artıq az olması, spermada spermatozoidlərin, ümumiyyətlə, olmaması və s.) hesab edilir. Bu səbəbdən müalicə zamanı həkimlər əsas diqqəti də spermoqramma göstəricilərinin yaxşılaşdırılmasına yönəldirlər. Xəstəliyin müalicə üsulları ilk növbədə, əlbəttə ki, yaranmış olan pozğunluğun səbəbindən asılı olur. Ancaq xəstəliyin səbəbindən asılı olmayaraq aparılan müalicə sxemlərində ümumi qaydalar da mövcuddur.
Sifilis xəstəliyi
Bir sıra yoluxucu xəstəliklər var ki, onların törədiciləri bir şəxsdən başqasına, əsasən, cinsi əlaqə yolu ilə yoluxur. Sifilis, süzənək, yumşaq şankr, qasıq limfaqrapulomatozu (dördüncü zöhrəvi xəstəlik), donovanoz (beşinci zöhrəvi xəstəlik) və, nəhayət, son vaxtlar aşkar edilmiş QİDE (qazanılmış immundefisit sindromu) xəstəlikləri ən çox cinsi əlaqə vasitəsilə yoluxur. Cinsi təmas yolu ilə sidik yollanndan yoluxub pozqunluq əmələ gətirən xəstəliklərdən trixomoniazı, sidik-cinsiyyət xladimiozunu da xüsusilə qeyd etmək lazımdır. Bundan əlavə nedikulyoz (bitliliyin müxtəlif formaları, xüsusilə qasıq bitləri), qoturluq, kandilomalar və s. yoluxa bilər.
Süzənək yaxud triplit
Cinsi yolla yoluxan və ən çox yayılan xəstəliklərdən (cyyx) biri də qonoreyadır. Bir sıra hallarda xəstə anadan doğuş zamanı dölə, xəstə insanın çirklənmiş hamam-tualet dəsti, paltarları, tibbi alətlər vasitəsilə də sağlam insanlara yoluxan bu xəstəlik çox müxtəlif adlarla (süzənək yaxud triplit) tanınır. Geniş sürətlə yayılması və kifayət qədər ciddi fəsadlara yol açması ilə kişi və qadın sonsuzluğunun səbəbləri arasında çox böyük çəkiyə malikdir. Qonoreyanın törədicisi neysseriya qonorreya adlanan bakteriyadır.
Prezervativin doğru istifadəsi
Kondom (prezervativ, qoruyucu) hamiləlikdən qorunmada əsrlərdən bəri istifadə edilən bir üsuldur. Tarixdə bilinən ilk kondom, ilan dərisindən hazırlanmışdır. Daha sonralar kətan, qoyun dərisi, heyvan bağırsağı kimi maddələrdən hazırlanmış olan kondomlar indiki vaxtda lateks adı verilən maddələrdən və xüsusilə nonoksinol-9 adı verilən spermisit maddənin əlavə olunmasıyla hazırlanan, hamiləlikdən və cinsi yolla keçən bir çox xəstəliklərin qarşısının alınmasında istifadə olunan vasitədir.
Kişi klimaksı nədir?
Kişi və ya qadın olmasından asılı olmayaraq, hər bir insan orqanizmi yaşa uyğun dəyişikliklərə məruz qalır. Bir çox insanlar arasında belə bir fikir vardır ki, klimaks dövrü yalnız qadınlarda baş verir. Həqiqətdə isə bu heç də belə deyildir. Klimaks dövrü kişilərdə də olur. Sadəcə olaraq bu dövr kişilərdə daha gec yaşlarında baş verir və adətən qadınlara nisbətən daha az əlamətlərlə müşayiət olunur.
Hər bir xanımın bilməli olduğu cinsəl məlumatlar
Hər zaman bildiyimizi düşündüyümüz məqamlar diqqətsilik nəticəsində xoşagəlməz hallar yaradır. Bu yazımızda sizə sadə lakin mütləq əməl edilməli 7 qayda haqında məlumat verəcəyik.
G nöqtəsi nədir?
G nöqtəsi qadınların çox həssas bir erogen zonasıdır.1950 ci ildə ginekoloq Ernst Qrefenberq tərəfindən kəşv edilmişdir.Ona görə də onun adı ilə adlandırılmışdır.Sonralar ixtisara salınaraq ancaq baş hərfi saxlanılmışdır(G).
DİQQƏT: Cinsi yolla keçən 4 yeni aşkarlanmış xəstəlik
Qonoreya (süzənək), sifilis və xlamidiya cinsi yolla yoluxan xəstəliklərdir. Və bunlardan bir çox insan xəbərdardır. Lakin ictimai sağlamlıq rəsmilərinin bildirdiklərinə görə, inkişaf etməkdə olan bir sıra yeni və güclü xəstəliklər mövcuddur. Həmişə yeni xəstəliklər yaranır və cinsi yolla keçən xəstəliklər də istisna deyil. Bu yazıda sizə ictimai sağlamlıq üçün ciddi təhlükə sayılacaq dörd bakteriya haqqında məlumat verəcəyik.
Cinsi münasibətdə qadınların yol verdiyi 6 səhv davranış
Həyat yoldaşınızla olan cinsi yaşayışınızı başlayan olmamağınız ən böyük etdiyiniz səhvlərdən biridir. Bir çox kişi hər zaman özünü münasibəti başladıcı olaraq görür və bu vəziyyət əlaqənin ehtirasında bir növ ziddiyət doğurur. Qadınların münasibətlərində qovalanmaq istədiyi qədər kişilər də cəlb edilməyi, qızışdırılmağı istəyirlər.
Cinsi gücü artırıb orqanizmi gəncləşdirən nadir bitki
Qoci meyvəsi dünyada qida dəyəri ən yüksək olan meyvələrdən biridir. Çox güclü antioksidant tərkibli bu meyvə Çində tibb sahəsində 2000 ildir ki, istifadə edilir. Qırmızı dənələri olan qoci itburnuna oxşayır və qurudularaq istehlak edilir. Sağlamlıq bölməsi bu kiçik meyvənin faydalarını, hansı xəstəliklərin müalicəsində istifadə edildiyini və tarixini araşdırıb. Çində tibb sahəsində 2000 ildir ki, istifadə edilən qoci meyvəsi tropik iqlimlərdə, daim yaşıl yerlərdə yetişir.