Fidelia Baku
Reklam Yerləşdirmək üçün zəng edin
Fidelia Baku
Hər bir xanımın bilməli olduğu cinsəl məlumatlar

Hər bir xanımın bilməli olduğu cinsəl məlumatlar

Hər zaman bildiyimizi düşündüyümüz məqamlar diqqətsizlik diqqətsilik nəticəsində xoşagəlməz hallar yaradır. Bu yazımızda sizə sadə lakin mütləq əməl edilməli 7 qayda haqında məlumat verəcəyik. 

1. Öz dəsmalınızdan istifadə edin
Üzmə hovuzları, jakuziler, spalar və saunalarda hər vaxt öz dəsmalınızı istifadə edin. Bunun sayəsində göbələk və bakteriyal vagina infeksiyasına tutulma şansını azalda bilərsiniz.

2. Vaginanı antibakteriyel sabunla yumayın
Gün içərisində vaginanızı mütləq yumalısınız. Ancaq antibakterial sabunlar istifadə etməyin. Təmiz və bol su ilə yuyun və qurudun. Antibakterial sabunlar vaginadaki pH tarazlığını pozur. Vagnada qoxu və ya qoxulu axıntı var deyə sabun istifadə etdiyinizdə pH tarazlığı pozulacağından daha pis bir qoxu ilə qarşı-qarşıya qala bilərsiniz.

3. Sintetik alt paltar geyməyin
Vagina sağlamlığı üçün hər daim pambıq alt paltar seçin. Pambıq iç paltarları vaginanı quru tutar və hava almasını təmin edər.

4. Seks oyuncaqlarını və seksual iç paltarları təmiz saxlayın

Cinsi əlaqə və ya mastrubasiya əsnasında istifadə edilən və ya cinsi əlaqədən əvvəl qısa müddətə geydiyiniz paltarları hər səfərində mütləq yuyun. Seks oyuncaqlarını ilıq su və sabun istifadə edərək yaxşıca təmizləyin.İç paltarlarını  5-10 dəqiqəliyinə geydim deyə düşünüb yumadan təkrar geyinməyin.

5. Dar paltarlardan qaçın
Xüsusilə dar cinsləri və taytları uzun saatlar geyməməyə diqqət edin. Vaginanın hava almasına maneə törədəcəyindən bu paltarlar infeksiya riskini artırar.

6. Nizamlı həkimə gedin
Cinsi əlaqə söz mövzusu olmasa belə yaşana biləcək hər hansısa risklərin öncədən qarşısının alınması üçün  nizamlı olaraq bir ginekologa getməniz lazımdır.

7. Anal seksə diqqət
Anal seksdən sonra qorunmadan və ya yuyunmadan qətiliklə vaginal sekslə məşğul olmayın. Əks halda ciddi infeksiyalara yoluxma riskiniz dəfələrlə artacaq.