Fidelia Baku
Reklam Yerləşdirmək üçün zəng edin
Fidelia Baku
Blog Yazılarımız

Cinsi əlaqənin faydaları

Cinsi əlaqənin faydaları - Cinsi əlaqədə olmaq həm xoşdur, həm də ürək sağlamlığından kilo itkisinə, psixologiyadan ağrı kəsilməsinə qədər bir çox problemin öhdəsindən gəlir.

Cinsi istəksizlik və səbəbləri

Cinsi istəksizliyi çox zaman yaşla bağlı bir vəziyyət kimi qəbul etsələr də bu problem gənc yaşlarında da özünü göstərir. Problem həm qadınlarda, həm də kişilərdə psxioloji və ya fiziki səbəblərlə ortaya çıxa bilər. Bu gün insanların 20 faizi cinsi istəksizlikdən əziyyət çəkir.

İntim münasibətin faydaları

Heç kimə sirr deyil ki, qadın, kişi orqanizmində baş verən hormonal, cinsi, uroloji, ginekoloji problemlərin çoxu uzun müddət normal intim əlaqə və keyfiyyətli intim münasibətin olmamasından qaynaqlanır.

Penis qırılmalarından necə qorunmalı?

Penis qırılmaları şüursuz cinsi əlaqə, penis sərt halda ikən yataqda ani dönmə, masturbasiya əsnasında anormal bükülmə, ereksiyanı sonlandırmaq üçün penisin əyilməsi kimi səbəblərlə ortaya çıxır. Bu vəziyyət uroloji bir fövqəladə haldır. Penis bir sümük olmadığı üçün əslində hadisə qırılma deyil, ereksiyanı təmin edən toxumaları əhatə edən qılıfın (tunika albuginea) yırtılmasıdır.

Kişilərdə sonsuzluq və müalicəsi

Kişi sonsuzluğunun əsas səbəbi – kişi spermasının keyfiyyətinin aşağı olması (canlı və hərəkətli spermatozoidlərin sayının həddən artıq az olması, spermada spermatozoidlərin, ümumiyyətlə, olmaması və s.) hesab edilir. Bu səbəbdən müalicə zamanı həkimlər əsas diqqəti də spermoqramma göstəricilərinin yaxşılaşdırılmasına yönəldirlər. Xəstəliyin müalicə üsulları ilk növbədə, əlbəttə ki, yaranmış olan pozğunluğun səbəbindən asılı olur. Ancaq xəstəliyin səbəbindən asılı olmayaraq aparılan müalicə sxemlərində ümumi qaydalar da mövcuddur.

Sifilis xəstəliyi

Bir sıra yoluxucu xəstəliklər var ki, onların törədiciləri bir şəxsdən başqasına, əsasən, cinsi əlaqə yolu ilə yoluxur. Sifilis, süzənək, yumşaq şankr, qasıq limfaqrapulomatozu (dördüncü zöhrəvi xəstəlik), donovanoz (beşinci zöhrəvi xəstəlik) və, nəhayət, son vaxtlar aşkar edilmiş QİDE (qazanılmış immundefisit sindromu) xəstəlikləri ən çox cinsi əlaqə vasitəsilə yoluxur. Cinsi təmas yolu ilə sidik yollanndan yoluxub pozqunluq əmələ gətirən xəstəliklərdən trixomoniazı, sidik-cinsiyyət xladimiozunu da xüsusilə qeyd etmək lazımdır. Bundan əlavə nedikulyoz (bitliliyin müxtəlif formaları, xüsusilə qasıq bitləri), qoturluq, kandilomalar və s. yoluxa bilər.

Süzənək yaxud triplit

Cinsi yolla yoluxan və ən çox yayılan xəstəliklərdən (cyyx) biri də qonoreyadır. Bir sıra hallarda xəstə anadan doğuş zamanı dölə, xəstə insanın çirklənmiş hamam-tualet dəsti, paltarları, tibbi alətlər vasitəsilə də sağlam insanlara yoluxan bu xəstəlik çox müxtəlif adlarla (süzənək yaxud triplit) tanınır. Geniş sürətlə yayılması və kifayət qədər ciddi fəsadlara yol açması ilə kişi və qadın sonsuzluğunun səbəbləri arasında çox böyük çəkiyə malikdir. Qonoreyanın törədicisi neysseriya qonorreya adlanan bakteriyadır. 

Prezervativin doğru istifadəsi

Kondom (prezervativ, qoruyucu) hamiləlikdən qorunmada əsrlərdən bəri istifadə edilən bir üsuldur. Tarixdə bilinən ilk kondom, ilan dərisindən hazırlanmışdır. Daha sonralar kətan, qoyun dərisi, heyvan bağırsağı kimi maddələrdən hazırlanmış olan kondomlar indiki vaxtda lateks adı verilən maddələrdən və xüsusilə nonoksinol-9 adı verilən spermisit maddənin əlavə olunmasıyla hazırlanan, hamiləlikdən və cinsi yolla keçən bir çox xəstəliklərin qarşısının alınmasında istifadə olunan vasitədir.

Kişi klimaksı nədir?

Kişi və ya qadın olmasından asılı olmayaraq, hər bir insan orqanizmi yaşa uyğun dəyişikliklərə məruz qalır. Bir çox insanlar arasında belə bir fikir vardır ki, klimaks dövrü yalnız qadınlarda baş verir. Həqiqətdə isə bu heç də belə deyildir. Klimaks dövrü kişilərdə də olur. Sadəcə olaraq bu dövr kişilərdə daha gec yaşlarında baş verir və adətən qadınlara nisbətən daha az əlamətlərlə müşayiət olunur.

DİQQƏT: Cinsi yolla keçən 4 yeni aşkarlanmış xəstəlik

Qonoreya (süzənək), sifilis və xlamidiya cinsi yolla yoluxan xəstəliklərdir. Və bunlardan bir çox insan xəbərdardır. Lakin ictimai sağlamlıq rəsmilərinin bildirdiklərinə görə, inkişaf etməkdə olan bir sıra yeni və güclü xəstəliklər mövcuddur. Həmişə yeni xəstəliklər yaranır və cinsi yolla keçən xəstəliklər də istisna deyil. Bu yazıda sizə ictimai sağlamlıq üçün ciddi təhlükə sayılacaq dörd bakteriya haqqında məlumat verəcəyik.

Cinsi gücü artırıb orqanizmi gəncləşdirən nadir bitki

Qoci meyvəsi dünyada qida dəyəri ən yüksək olan meyvələrdən biridir. Çox güclü antioksidant tərkibli bu meyvə Çində tibb sahəsində 2000 ildir ki, istifadə edilir. Qırmızı dənələri olan qoci itburnuna oxşayır və qurudularaq istehlak edilir.  Sağlamlıq bölməsi bu kiçik meyvənin faydalarını, hansı xəstəliklərin müalicəsində istifadə edildiyini və tarixini araşdırıb.  Çində tibb sahəsində 2000 ildir ki, istifadə edilən qoci meyvəsi tropik iqlimlərdə, daim yaşıl yerlərdə yetişir. 

Cinsi əlaqə zamanı təhlükə

İnfeksiya xarakterli bir mikrob tərəfindən insana vaginal, anal, oral seks də daxil olmaqla hər növ cinsi yaxınlıq yolu ilə keçən xəstəliklərə cinsi yolla yoluxulan xəstəliklər deyilir. Bu qrupa daxil olan bəzi xəstəliklər qanvermə, qanalma, narkotik istifadəçilərində iynə vasitəsilə, öpüşmə yoluyla, eyni qabdan, dəsmaldan istifadə etməklə, qucaqlaşma ilə, doğuş və əmizdirmə zamanı da yoluxa bilər.