Fidelia Baku
Reklam Yerləşdirmək üçün zəng edin
Fidelia Baku
Blog Yazılarımız

Sifilis xəstəliyi

Bir sıra yoluxucu xəstəliklər var ki, onların törədiciləri bir şəxsdən başqasına, əsasən, cinsi əlaqə yolu ilə yoluxur. Sifilis, süzənək, yumşaq şankr, qasıq limfaqrapulomatozu (dördüncü zöhrəvi xəstəlik), donovanoz (beşinci zöhrəvi xəstəlik) və, nəhayət, son vaxtlar aşkar edilmiş QİDE (qazanılmış immundefisit sindromu) xəstəlikləri ən çox cinsi əlaqə vasitəsilə yoluxur. Cinsi təmas yolu ilə sidik yollanndan yoluxub pozqunluq əmələ gətirən xəstəliklərdən trixomoniazı, sidik-cinsiyyət xladimiozunu da xüsusilə qeyd etmək lazımdır. Bundan əlavə nedikulyoz (bitliliyin müxtəlif formaları, xüsusilə qasıq bitləri), qoturluq, kandilomalar və s. yoluxa bilər.

Süzənək yaxud triplit

Cinsi yolla yoluxan və ən çox yayılan xəstəliklərdən (cyyx) biri də qonoreyadır. Bir sıra hallarda xəstə anadan doğuş zamanı dölə, xəstə insanın çirklənmiş hamam-tualet dəsti, paltarları, tibbi alətlər vasitəsilə də sağlam insanlara yoluxan bu xəstəlik çox müxtəlif adlarla (süzənək yaxud triplit) tanınır. Geniş sürətlə yayılması və kifayət qədər ciddi fəsadlara yol açması ilə kişi və qadın sonsuzluğunun səbəbləri arasında çox böyük çəkiyə malikdir. Qonoreyanın törədicisi neysseriya qonorreya adlanan bakteriyadır. 

Prezervativin doğru istifadəsi

Kondom (prezervativ, qoruyucu) hamiləlikdən qorunmada əsrlərdən bəri istifadə edilən bir üsuldur. Tarixdə bilinən ilk kondom, ilan dərisindən hazırlanmışdır. Daha sonralar kətan, qoyun dərisi, heyvan bağırsağı kimi maddələrdən hazırlanmış olan kondomlar indiki vaxtda lateks adı verilən maddələrdən və xüsusilə nonoksinol-9 adı verilən spermisit maddənin əlavə olunmasıyla hazırlanan, hamiləlikdən və cinsi yolla keçən bir çox xəstəliklərin qarşısının alınmasında istifadə olunan vasitədir.

DİQQƏT: Cinsi yolla keçən 4 yeni aşkarlanmış xəstəlik

Qonoreya (süzənək), sifilis və xlamidiya cinsi yolla yoluxan xəstəliklərdir. Və bunlardan bir çox insan xəbərdardır. Lakin ictimai sağlamlıq rəsmilərinin bildirdiklərinə görə, inkişaf etməkdə olan bir sıra yeni və güclü xəstəliklər mövcuddur. Həmişə yeni xəstəliklər yaranır və cinsi yolla keçən xəstəliklər də istisna deyil. Bu yazıda sizə ictimai sağlamlıq üçün ciddi təhlükə sayılacaq dörd bakteriya haqqında məlumat verəcəyik.

Cinsi yolla keçən xəstəliklərin göstəriciləri

Şübhəli bir cinsi əlaqə sonrasında, müəyyən bir risk dövrü vardır. Məsələn, bakteriya səbəblo bel soyuqluğunda (gonorrhea) bir neçə gün, Hepatit B və kalmidyozda bir neçə həftə, sifilisdə bir neçə ay və AİDS-də illər ala biləcək müddət. Üstəlik bəzilər xəstəliklərdə heç bir əlamətə rast gəlinməyə bilər. Bu yazımızda, cinsi yolla keçən xəstəliklərin əlamətlərindən bəhs etmək istəyirik.