Qucaqlayın, xoşbəxt olun! Qucaqlaşmağın möcüzəvi təsirləri…
Dərin münasibətlər qurmağa kömək edir
Sevdiyimiz insana sarıldığımız zaman daha dərin əlaqələr qurmağa başlayırıq. Bunun səbəbi oksitosindir. Məsələn, qadınlar doğuşdan sonra və körpələrini yedizdirən zaman oksitosin ifraz edilər. Bu hormon sayəsində özlərini daha yaxşı hiss edir, həmçinin, uşağı ilə arasında daha dərin əlaqə qururlar.
Ağrını azaldır
Qucaqlamaq həm də ağrını azaldır. Sevdiyimiz insan ağrıyan zaman ona sarılanda oksitosin hormonu artır, bu isə immuniteti artırır.
Qan dövranını yaxşılaşır
Qucaqlaşmaq qan dövranına da təsir edə bilir. Bununla yanaşı, bədənin sakit olmasını təmin edir.
Stressi azaldır
Qucaqlayan zaman yaranan hormon həm də stressi azaldır. Qarşımızdakı insanın və bizim pozitiv olmağımıza səbəb olur.
2009-cu ildə Amerika Psixosomatik Dərnəyində aparılan araşdırmaya görə, həyat yoldaşı ilə ağır və stressli mövzularda danışmazdan əvvəl 20 saniyə bir-birini qucaqlayan cütlüklərdə qan dövranı və ürək döyüntüləri yavaşlayır.