Fidelia Baku
Reklam Yerləşdirmək üçün zəng edin
Fidelia Baku
Kişilər üçün təbii afrodizyak qidalar

Kişilər üçün təbii afrodizyak qidalar

 Afrodizyaklar potensiyanın artımı üçün təbii mənşəli vasitələrdir. Onlar seksual istəyi yüksəldirlər. Afrodizyak kimi tanınmış bütün məhsullar vitaminlər və mikroelementlərin əhəmiyyətli miqdarını özündə saxlayır, düzgün maddələr mübadiləsini təşkil etməyə kömək edir və seksual imkanları sürətlə bərpa edir.

Afrodizyaklar potensiyanın artımı üçün təbii mənşəli vasitələrdir. Onlar seksual istəyi yüksəldirlər.

Afrodizyak kimi tanınmış bütün məhsullar vitaminlər və mikroelementlərin əhəmiyyətli miqdarını özündə saxlayır, düzgün maddələr mübadiləsini təşkil etməyə kömək edir və seksual imkanları sürətlə bərpa etməyə bacarırlar.

Yovşan

Qədim zamanlardan çox təsirli ehtiraslandıran qarışıqların tərkibinə yovşan daxil olub. Yovşanı cövhəri və kapsullar şəklində aptekdə əldə etmək olar.

İstridyə

Effektivliyinə görə ikinci afrodizyak məhsuldur. Onlar spermanın təkmilləşdirilməsinə müsbət təsir edən sinklə və libidonu oyadan dopaminomla zəngindir. İstridyəni yemədən öncə, ona limon suyu sıxmaq lazımdır.

Banan

Banan enzimalarla, kalium və B qrupu vitaminləri ilə zəngindir. Ehtirası artırmağa kömək edir və coşqun seks üçün enerji verir.

Avokado

Yüksək kalorili meyvədir. Zəngin fol turşusu tərkibi fiziki yük və sesk zamanı əvəzolunmazdır.

Badam

Hormonların təkminləşdirilməsini stimullaşdırır. Böyük enerji ehtiyatı ilə təmin edir.

Qırmızı acı bibər

Tərkibindəki kapsasin müxtəlif orqanlara qan axınını gücləndirərək seksual istəyi artırır. Unutmayın ki, qanda endorfinin (xoşbəxtlik hormonu) artmasına acı məhsullar böyük təsir göstərirlər.

Bitki çayları

Bədəndəki maye axımını sürətləndirən bitki çaylarını içdikdə qan dövranı güclənir, ehtiras artır. Enerji səviyyəsini də yüksəldən bitki çayları seks yaşamını canlandırır.

Lavanda

Salat və yemək souslarına tökülən bir neçə damcı lavanda seks həyatını canlandırır.

Qərənfil dənəsi

Təbii afrodizyakların ən güclülərindən biri olan qərənfil dənəsi yorğunluğa da yaxşı təsir göstərir.

Xaşxaş toxumu

Cinsi performansı artırır.

Zəncəfil

Yüz illərdir, duyğuları hərəkətə gətirmək üçün hazırlanan içkilərin qarışığında istifadə olunan zəncəfil insanı daha atəşli edir (Qanı sulandıran dərmandan istifadə edənlərin diqqətli olması gərəkdir. Artıq istifadə bağırsaqlarda narahatlıq yaradır). Yeməklərdə ədviyyat olaraq istifadə edilə bilər. Balla qarışdırılıb yeyilir. İstifadə müddəti bir həftə və ya 10 günə qədərdir.

Darçın

İştahanı açır, əsəbləri sakitləşdirən bir qoxusu var. Mədə və bağırsaqlardakı qazı çıxarır, antiseptik xüsusiyyətləri var. Afrodizyak olaraq da istifadə edilə bilər. Qışda içilən bitki çaylarına əlavə edilir. Darçın yağı xoş ətrindən dolayı masaj yağı olaraq da istifadə olunur.

Xardal

Cinsi orqan vəzlərinin funksiyasını artırır.

Süsən

Süsən kökü tozu, hər iki cins üçün də güclü bir afrodizyakdır.

Vanilin

Mərkəzi sinir sisteminə təsir edərək qoxusu ilə beyini oyadır.

Cəfəri

Yeməklərə ləzzət qatan cəfəri seks yaşamına da ləzzət qatar.

Kəklikotu

 

Güclü təsirləri olan kəklikotu xüsusilə kişilərdə müsbət təsir göstərir.

Şaftalı, çiyələk, üzüm və manqo da ehtiraslandıran təsirə malikdirlər. Bu meyvələri seçərkən onların ətirli olmasına diqqət yetirin. Ətirsiz meyvələr təsiredici gücə malik olmurlar.

Yumurta

Yumurtalar B qrup vitaminləri ilə zəngin olduğundan stresi və narahatçılığı aşağı salırlar, zəif ereksiyaya yol vermirlər. Qədimdə seksdən öncə kişilər mütləq bir yumurta yeyərdirlər.

Qaraciyər

Libidoya müsbət təsir edən məhsullara aiddir. Onu şam yeməyində qəbul etmək məsləhətdir.

Əncir

Böyük miqdarda aminoturşuya malikdir. İnsanı ehtiraslandırmaq xüsusiyyətinə malikdir və seksual əhval-ruhiyyə qurur. İsti şokolada batırıb və soyuduqdan sonra yemək məsləhətlidir.

Acı şokolad

Sizin gənc və ehtiraslı qalmağınıza kömək edən antioksidləşdiricilərlə zəngindir. Romantik şam yeməyi zamanı bir iki dilim şokolad müsbət təsirə malik olacaq.