Yarina - Hamiləlik əleyhinə dərman

Qiyməti
19.15 AZN

Yarina - Hamiləlik əleyhinə dərman

Məhsul haqqında qısa məlumat :
Hamiləliyin qarşısını almaq üçün (kontrasepsiya) üçün istifadə edilir.
Qiyməti
AZN
19.15 AZN
Paylaş:
TELEFONLA SİFARİŞ +944 (50) 204 33 50

Məhsul haqqında ətraflı məlumat

Tərkibi: Təsiredici maddə: 1 tabletin tərkibində 0,030 mq etinilestradiol və 3 mq drospirenonvardır.

Köməkçi maddələr: laktoza monohidrat 46 mq,qarğıdalı nişastası,modifikasiya olunmuş nişasta(əvvəlcədən jelatinləşdirilmiş nişasta), povidon 25000 ,maqneziumstearate, hidroksilpropilmetil sellüloza, makroqol 6000, talk, titan dioksid,sarıdəmir oksidi.

İstifadəsinə göstərişlər: Antimineralkortikoid və antiandrogenik təsirlərə malik, daxilə qəbul olunan kontraseptiv vasitə, o həmçinin hormonla əlaqədar orqanizmdə susaxlama və bundan nəticələnən simptomları aradan qaldırır, habelə civzə və seboreya olan qadınlar üçün də faydalıdır.

Əks- göstərişlər: Daxilə qəbul edilən kombinəolunmuş kontraseptiv vasitələr (KKV) aşağıda sadalanan halların hər hansı biri mövcud olduqda istifadə olunmamalıdır. Əgər aşağıdakı hallardan hər hansı biri KKV-nin ilk istifadəsi zamanı meydana gələrsə, preparatın istifadəsi dərhal dayandırılmalıdır:  Anamnezində venoz və ya arterial tromboz/ tromboembolik fəsadların olması (məsələn, dərin venaların trombozu, ağciyər arteriyasının tromboemboliyası, miokard infarktı) və ya beyin qan damarı dövranı pozuntularının mövcudluğu. Trombozun baş verəcəyini göstərən əlamətin mövcudluğu və ya bu barədə məlumat (məsələn, qısamüddətli işemik ürəktutma, stenokardiya). Venaların və ya arteriyaların yüksək tromboz riski anamnezdə yerli nevroloji ocaqları olan miqren. Damarların iştirakı ilə gedən şəkərli diabet.  Qaraciyər funksiyası normal vəziyyətə qayıdanadək kəskin qaraciyər xəstəliyi.  Ağır böyrək çatışmazlığı və ya kəskin böyrək pozuntusu.  Qaraciyərdə şişlərin mövcudluğu və ya olduğu barədə məlumat (xoşxassəli və ya bədxassəli). Məlum olan və ya ehtimal edilən cinsi-steroidin təsiri altında əmələ gəlmiş törəmələr (məsələn, cinsiyyət orqanlarının və ya süd vəzilərinin).  Mənşəyi məlum olmayan uşaqlıqyolu qanaxması.  Məlum və ya ehtimal olunan hamiləlik.  Aktiv maddələrə və ya onların hər hansı komponentlərinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası: Düzgün qəbul edildikdə, kombinə edilmiş daxilə qəbul olunan kontraseptiv vasitələr ildə təxminən 1% uğursuzluq dərəcəsinə malikdirlər. Tabletlərin qəbulu buraxıldıqda və ya düzgün qəbul edilmədikdə, uğursuzluq dərəcəsi arta bilər. Tabletlər qablaşdırmanın üzərində göstərildiyi qaydada, hər gün təxminən eyni vaxtda bir qədər maye ilə qəbul edilməlidir 21 ardıcıl gün ərzində gündə bir tablet qəbul edilir. Hər növbəti qablaşdırmanın qəbuluna 7-günlük dərmansız fasilədən sonra başlanılmalıdır; adətən həmin dövrdə qanaxma baş verir. Aybaşı adətən, nazik təbəqə ilə örtülmüş sonuncu tablet qəbul olunduqdan 2-3 gün sonra baş verir və növbəti qablaşdırmadan Tabletlərin qəbuluna başlayanadək qurtarmaya bilər.

Qəbuluna necə başlamalı: Əvvəllər hormonal kontraseptiv vasitə istifadə olunmadıqda (əvvəlki ayda)Tabletin qəbulu qadının təbii aybaşı dövrünün 1-ci günündə (yəni onun menstrual qanaxmasının birinci günündə) başlanılmalıdır. 2-5-ci günlər də başlamaq olar, lakin bu halda birinci dövr ərzində Tablet qəbulunun ilk 7 günü üçün əlavə olaraq baryer üsulundan istifadə etmək məsləhət görülür.

Kombinəolunmuş hormonal kontraseptiv vasitədən (daxilə qəbul olunan kombinə edilmiş kontraseptiv vasitə /KKV), uşaqlıq yolu halqasından və ya transdermal (dəri vasitəsilə nüfuz edən) plastırdan keçid. Qadınlar Yarina qəbuluna, onun əvvəlki KKV-nin (kombinə edilmiş kontraseptiv vasitənin) hormon tərkibli sonuncu Tabletinin qəbulundan sonrakı gündə, lakin adi tabletsiz və ya onun əvvəlki KKV-nin hormonsuz Tablet intervalından sonrakı gündən gec olmayaraq başlamalıdırlar. Uşaqlıq yolu halqası və ya transdermal plastır istifadə olunduğu hallarda, Yarina uşaqlıq yolu halqası və ya plastır çıxarıldığı gün, lakin ən geci növbəti halqa yeridiləcəyi və ya yeni plastır yapışdırılacığı gündən gec olmayaraq qəbul edilməyə başlanmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi: Yarina hamiləlik dövründə istifadə olunmur. Əgər hamiləlik Yarina qəbulu dövründə baş verərsə, onun qəbulu dayandırılmalıdır. Buna baxmayaraq, geniş epidemioloji tədqiqatlar zamanı hamiləlikdən əvvəl KKV-lər istifadə etmiş qadınların doğduğu uşaqlarda nə doğuş qüsurlarının artımı, nə də erkən hamiləlik ərzində bilmədən qəbul edilən KKV-lərin teratogen təsiri aşkar olunmamışdır.Yarinanın hamiləliyə, dölün və ya yeni doğulmuş uşağın sağlamlığına neqativ təsiri ilə bağlı hər hansı nəticələrə gəlmək üçün, hamiləlik dövründə Yarina istifadəsi ilə bağlı əldə olunan məlumatlar çox məhduddur. Hələlik hər hansı müvafiq epidemioloji məlumatlar yoxdur.KKV-lər laktasiyaya təsir edə bilər, çünki onlar ana südünün miqdarını azalda və tərkibini dəyişə bilər. Ona görə də, uşağı ana südü ilə qidalandıran anaya uşağı süddən tam kəsənədək KKV-lərdən istifadə etmək məsləhət görülmür. Südlə birlikdə cüzi miqdarda kontraseptiv steroidlər və ya onların metabolitləri ifraz oluna bilər.

Doza həddinin aşılması: Yarinanın doza həddinin aşılması ilə bağlı hər hansı klinik təcrübə aparılmamışdır. Daxilə qəbul olunan kombinəedilmiş kontraseptiv vasitələrlə olan ümumi təcrübəyə əsasən, bu halda baş verə biləcə ksimptomlar bunlardır: ürəkbulanma, qusma və gənc qızlarda zəif uşaqlıqyolu qanaxması. Bunun hər hansı antidotu və xüsusi müalicəsi yoxdur.

Son məhsullar