Fidelia Baku
Reklam Yerləşdirmək üçün zəng edin
Fidelia Baku

Pharmatex 20mq N12

Qiyməti
8.68 AZN

Pharmatex 20mq N12

Məhsul haqqında qısa məlumat :
Pharmatex hamiləlik riskini əhəmiyyətli dərəcədə azaldır. Hamiləlik əleyhinə yerli vasitədir. Vaginal həb: Hər tabletin tərkibində 20 mq benzalkonium vardır. 
Qiyməti
AZN
8.68 AZN
Paylaş:
TELEFONLA SİFARİŞ +994 (50) 204 33 50

Məhsul haqqında ətraflı məlumat

Hamiləlik əleyhinə yerli vasitədir. Vaginal həb: Hər tabletin tərkibində 20 mq benzalkonium vardır.    

Vaginal kontraseptikdir. Benzalkonium xlorid eyni zamanda həm spermisid, həm də antiseptikdir. Təsiredici maddə spermatozoidlərin membranını dağıdır. Spermatozoidlərin dağılması 2 mərhələdə baş verir: əvvəlcə qamçıların, sonra başcığın dağılması baş verir ki, bu da mayalanmanın qarşısını alır.

Farmateksin istifadəsi hamiləliyin baş verməsi riskini azaldır, lakin təmamilə onun qarşısını almır.

Preparatın kliniki effekti korreksiya olunmuş Perl indeksi ilə müəyyən olunur ki, bu da Farmateks preparatı üçün 1-dən kiçikdir (əgər preparat düzgün istifadə olunmuşdursa).

FARMATEX  cinsi yolla ötürülən bir sıra törədicilərə, xüsusilə Neisseria gonorroeae, Chlamydia spp., Trichomonas vaginalis, Staphylococcus aureus, Herpes simplex 2 tip, İİV(insan immunodefisiti virusu) qarşı aktivdir. Preparat Mycoplasma spp. qarşı aktiv deyildir, Gardnerella vaginalis, Candida albicans, Haemophilus ducreyi və Treponema pallidum qarşı zəif aktivdir.

İn vivo preparatın komponentləri cinsi yolla ötürülən bir sıra xəstəliklərə qarşı aktivlik göstərsə də, bu barədə dəqiq sübutlar yoxdur.

Preparat uşaqlıq yolunun saprofit mikroflorasına, xüsusilə Doderleyn çöplərinə təsir etmir.

Göstərişləri:

Reproduktiv yaş həddinə çatmış hər bir qadın üçün əks göstərişlər olmadığı halda yerli kontrasepsiya, həmçinin:

-          peroral və ya uşaqlıq daxili spiralların qoyulmasına müvəqqəti,  ya da tam əks göstəriş olduqda

-          doğuşdan sonrakı, döşlə qidalandırma dövrü

-          hamiləliyin kəsildiyi dövr

-          menopauzaönü dövr

-          müvəqqəti hamiləlikdən qorunmaq məqsədilə

-          peroral kontraseptivlərin qəbulu zamanı əgər tabletin qəbulu yaddan çıxarsa və ya gecikdirilərsə, həmin günlərdə Farmatex istifadə etmək olar.

Digər yerli olaraq təyin olunan yerli kontraseptiv vasitələrə (vaginal diafraqma və ya uşaqlıq daxili spirallar) əlavə olaraq Farmatex istifadə oluna bilər.

Dozalanma rejimi

Vaginal həb. Arxası üstə uzanaraq tableti uşaqlıq yoluna dərin olaraq, cinsi əlaqəyə 10 dəq. –dən az olmayaraq qalmış yeridilir. Preparatın təsir müddəti – 3 saatdır. Hər təkrari əlaqə zamanı 1 yeni tabletdən istifadə olunur. 1 tablet 1 cinsi əlaqəyə hesablanmışdır.

Əlavə təsirləri:

Allergik reaksiyalar: yanğı, göynəmə, kontakt dermatit (bu hallar yarandıqda Farmateksin istifadəsi dayandırılmalıdır).

Əks göstərişləri:

-          psixi cəhətdən pozğunluğu olan şəxslərdə istifadəsinin namümkünlüyü

-          bu cür kontrasepsiyanı qəbul etməyən hər hansı digər bir şəxs

-          kolpit

-          uşaqlıqyolu və ya uşaqlığın hər hansı qıcıqlanması və ya xorası

-          preparatın hər hansı komponentinə qarşı həssaslıq

Hamiləlik və laktasiya

Kliniki tədqiqatlar göstərir ki, benzalkonium xlorid qana sorulmur. Beləliklə onun həm qana, həmdə ana südünə keçməməsi, bu spermisid preparatın laktasiya dövründə tam təhlükəsiz olması sübut olunmuşdur.

Xüsusi göstərişlər:

 

Kontrasepsiyanın effektivliyi preparatın istifadəsində ciddi qaydalara riayət etməkdən asılıdır.

-          hər cinsi əlaqədən qabaq sistematik olaraq istifadə etməli

-          tableti, şamı mümkün dərinə, uşanaraq yeritməli.

-          10 dəq ərzində tabletin, 5 dəq ərzində şamın təsiredici maddəsinin tam azad olması üçün əriməsini gözləməli

-          təkrari cinsi əlaqə zamanı yeni tabletdən, şamdan istifadə etməli

-          cinsi orqanların tualeti üçün sabundan istifadəsi cinsi əlaqədən 2 saat öncə və 2 saat sonra qadağandır.Çünki sabunun hətta kiçik qalığı qaldıqda Farmateksin təsiredici maddəsini dağıdır.

-          cinsi əlaqədən dərhal sonra cinsi orqanların yuyulması su ilə, ya da Farmateksin köpüklənən benzalkonium tərkibli vasitəsilə ola bilər. Uşaqlıq yolunun suvarılmasını cinsi əlaqədən 2 saat sonra aparmaq olar.  

-          uşaqlıq yoluna yeridilmiş Farmatekslə vanna qəbul etmək, dənizdə, hovuzda çimmək olmaz. Farmateksin tərkibində benzalkonium xlorid olduğundan onu uşaqlıq yolu xəstəliklərində və ya onun ağırlaşmalarında istifadəsini dayandırmaq lazımdır.

-          əgər  digər dərman vasitələrinin uşaqlıq yoluna qoyulması və uşaqlıq yolunun müalicəsinə ehtiyac yaranarsa,  müalicənin sonunu gözləməli, yalnız müalicəni bitirdikdən sonra Farmatekslə kontrasepsiyaya başlamaq olar.

Digər dərmanlarla qarşılıqlı təsiri

Vaginal təyin olunan preparatlarla birgə təyin olunması məsləhət deyildir. Hər hansı digər uşaqlıq yoluna yeridilmiş dərman vasitəsi Farmateksin spermisid təsirini azalda bilər.

Farmateks sabunla dağıla bilir. Cinsi əlaqədən əvvəl və sonra uşaqlıq yolunu sabunla  yumaq olmaz, çünkü sabunun hətta kiçik qalıqları təsir edici maddəni dağıdır. 

Son məhsullar