Penis qırılması
Penis qırılmaları şüursuz cinsi əlaqə, penis sərt halda ikən yataqda ani dönmə, masturbasiya əsnasında anormal bükülmə, ereksiyanı sonlandırmaq üçün penisin əyilməsi kimi səbəblərlə ortaya çıxır. Bu vəziyyət uroloji bir fövqəladə haldır. Penis bir sümük olmadığı üçün əslində hadisə qırılma deyil, ereksiyanı təmin edən toxumaları əhatə edən qılıfın (tunika albuginea) yırtılmasıdır.
Xüsusilə zorlamalı cinsi əlaqə, anal əlaqələr, müxtəlif cinsi mövqelərin sınanması, masturbasiya zamanı nəzarətsiz manipulyasiyalar zamanı penisin ereksiya halında bükülərək bu örtüyün yırtılması baş verir. Ereksiyanı təmin edən kavernoz toxumaların içini doldurmuş olan qan, örtüyün yırtılması ilə dəri altına doğru sürətlə yayılaraq penisin göyərməsinə və deformasiya (forma pozğunluğuna) olmasına yol açır.penis-kirilmasiTam da bu yırtılma əsnasında, bir səs hiss edilir. Dəri altına doğru olan bu qanaxma bəzən bütün penis, skrotuma (torbayı) və genital bölgə ətrafına yayılır. Penis badımcana bənzər bir rəngə bürünür və qırılma səbəbilə də şişir. Penis qırılmaları penis ereksiya halındaykən olur, normal vəziyyətdə qırılma gözlənilmir. Xəstələrin öz ifadələri də diaqnozu müəyyən etməkdə yetərlidir. Diaqnoz xəstənin hekayəsi və fiziki müayinəsi ilə yığılır. Müayinədə qırılma olan tərəfdə qan yığılıb qalması və penisdə qarşı tərəfə doğru əyilmə, şişlik, göyərmə müəyyənləşdirilir. Şiddətli qırılmalarda isə sidik yolu qan sızması və yumurtalıqlarda qan yığılıb qalması görülə bilər. Diaqnozda şübhə olarsa, ultra səs, kavernosografi MR kimi təsvir üsullarından istifadə edilə bilər. Penis qırılmasının müalicəsində dünyada əsasən qəbul edilən üsul, ən qısa müddətdə təcili əməliyyat və yırtılan toxumanın bərpa edilməsidir. Sonra da antibiotik və anti enflamatuar dərmanların tətbiq olunmasıdır.
Penis sınığı müalicə edilməzsə penisdə forma pozğunluğu, ağrılı sərtləşmə, cinsi əlaqədə çətinlik, sərtləşmə problemi, sidik yolunda regional genişlənmə, qanaxma bölgəsində Peyroni xəstəliyi adı verilən sərt şişlər yarana bilər. Penis qırılmalarından qorunmaq üçün cinsi əlaqə zamanı ani və tərs hərəkətlərdən çəkinmək lazımdır, penis sərtləşmə halındaykən əyilməməlidir.
Penis əyrilikləri ikiyə ayrılır:
Qırılmalar xaricində Penisdə əyrilik görülə bilər. Anadangəlmə (kongenital) və Sonradan Qazanılma olanlar.
-Doğuşdan olan penis əyrilikləri adətən kişinin cinsi aktiv prosesə daxil olduğu və penis ölçülərinin inkişaf etdiyi yetkinlik çağında aydınlaşır. Penisin quruluşunu təşkil edən daxili toxumalarında qismi toxuma yapışıqlıqlarına görə yapışıqlığın olduğu istiqamətə doğru əyriliyi görülür. Xüsusilə yetkinlik dövründə penisin ölçülərinin böyüməsi ilə ortaya çıxır. Əyriliyin dərəcəsinə görə penisin şəkli cinsi əlaqəni ağırlaşdırılmasını və ya əlaqəyə mane olacaq səviyyədə ola bilər. Diaqnoz, ereksiya halında penisin vəziyyətini gözlə görülməsi ilə rahatlıqla qoyulur.Ümumiyyətlə diaqnoz, bu əsrdəki kişilər öz gözləri ilə əyriliyi hiss edərək özləri qoyar. Xəstələrin şəxsi şəraitdə penisin sərtləşməsi və bunu öz çəkdikləri fotolarla həkimlərinə göstərmələri, diaqnozda mühüm pillələrdən biridir. Doğuşdan gələn penis əyriliklərinin müalicəsi mümkündür və əməliyyatdır. Bu vəziyyət əslində bir az da penis estetik əməliyyatı kimi də dəyərləndirilə bilər.
Xəstələr əyriliyin şiddətinə bağlı olaraq cinsi əlaqə zamanı olduqca çətinlik çəkirlər. Xəstənin ereksiya problemi yoxdursa, əyriliyi düzəltmək üçün yenə də bəzi cərrahi əməliyyatlar tətbiq olunur və adətən də bu əməliyyatlar uğurlu nəticə verir. Bəzi cərrahi əməliyyatların tətbiq olunmasından sonra bəzən penisdə 1-2 sm-lik qısalma ola bilər. Buna görə də penisin ölçülərinə əsasən cərrahi metodun seçilməsi uyğun olacaqdır. Peyronienin irəli dövrlərində ciddi mənada ereksiya problemi də ortaya çıxa bilər. Belə bir vəziyyətdə tətbiq ediləcək müalicə, kişi cinsi orqanına aid olan protez (Xoşbəxtlik çubuğu) və mütləq müalicə yoludur.
-Sonradan qazanılan penis əyriliklərinin ən geniş yayılmış olanı Peyronie xəstəliyidir. Penisdəki ereksiyanı təmin edən əzələləri əhatə edən örtüyə bənzər toxumalarda kollagen deyilən bir maddənin yığılması ilə bu toxumada val tərzində sərt yerlər yaranması ilə xarakterizə bir xəstəlikdir. Adətən, 40 yaşından sonra görülür. Bəzi genetik amillər, zorlamalı cinsi əlaqə sonrası kiçik damarlarda baş verən qanaxma mərkəzlərinin yaxşılaşma prosesindəki hüceyrə və toxuma yenilənməsi və ya E vitamini çatışmazlığının, bəzən də şəkər xəstəliyi səbəb olduğu kimi fərziyyələr var. Xəstəliyin ilk dövründə sərtləşmə zamanı ağrılar və penisdə əyrilik əmələ gəlir. Bu dövrdə tətbiq edilən müalicələr adətən%30-40 arası uğurlu olur. 12-18 ayı əhatə edən birinci dövr başa çatdıqdan sonra Peyronie xəstəliyinin xroniki dövrü başlayır. Bu dövrdə əyrilik yaxşıca artır. Əyriliyin dərəcəsi bəzən 150 dərəcənin də üstünə çıxa bilər. Bu dövrdə kəskinləşmə zamanı ağrılar azalır və ya itir.