1. Gigiyena
Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:
- Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin
- Onu razı salmaq üçün qadının zövqünə uyğun olaraq üzünü qırx, yaxud qırxma, yenə də üzündən yaxşı qoxu gəlsin.
2. Eqoist olma
Cinsi akt zamanı onun tələbatını ödəyən şeylərə diqqətini cəmlə. Onun aldığı zövq səninki ilə bərabər olmalıdır:
- Onu zirvələrə qaldırmaq bəzən çətin ola bilər. Amma bu bəhanə ilə heç vaxt tənbəllik etmə və onu həzdən məhrum etmə.
- Hər zaman sən daha əvvəl boşala bilərsən. Amma heç vaxt bundan istifadə edərək arxanı çevirib yatma.
3. Paltarlarını ehtiyatla çıxar
Ehtirasa qapılaraq onu tez soyundurmaq istəyə bilərsən, amma unutma ki, onun əynindəki geyimlərin qiyməti var.
4. Ön sevişməni unutma
Ön sevişmə bir qadını məmnun etmək üçün yatağa qoya biləcəyin ən ciddi sərmayədir.
- Seks onu yatağa atmadan əvvəl oynaşmalar və ön sevişmə ilə başlayır.
- Ona təriflər yağdır.
- Əllərini istifadə et. Fiziki yaxınlıq göstər və arada bir qucaqla.
5. İstəklərini öyrən
- Əgər xüsusi və qeyri-adi istəklərin varsa, bunu reallaşdırmağın yolu partnyorunla danışmaqdır.
6. İşinə diqqətini cəmlə
Əgər yataqda artıq tam olaraq öz rolunuzun ifasına hazırsınızsa, bütün diqqətləri ona yönəltməlisiniz.
- Televizoru, ya da kompüteri söndür.
- Telefona zəng gələrsə, cavab vermə.
- Diqqəti yayındıracaq hər şeyi aradan qaldır.
7. Sonrasını məhv etmə
Artıq bitdi və ikiniz də zövq aldınız. Klassik kişi obrazından xilas ol. Seks sadəcə orqazm olmaq demək deyil. İşini bitirdikdən sonra dərhal duşa girmək üçün yataqdan durma. Onunla bir az dincəl. Çünki buna ehtiyacı var.
8. Onun bədənini təriflə
Əgər onun çılpaq bədəni haqda xoş şeylər söyləməsən, yenə də özünə inamsızlıq hiss edəcək. Qadınlar bədənləri ilə bağlı həmişə narahatlıq keçirirlər. Sənin xoş sözlərin onu daha da ruhlandıracaq.