
Şübhəli bir cinsi əlaqə sonrasında, müəyyən bir risk dövrü vardır. Məsələn, bakteriya səbəblo bel soyuqluğunda (gonorrhea) bir neçə gün, Hepatit B və kalmidyozda bir neçə həftə, sifilisdə bir neçə ay və AİDS-də illər ala biləcək müddət. Üstəlik bəzilər xəstəliklərdə heç bir əlamətə rast gəlinməyə bilər. Bu yazımızda, cinsi yolla keçən xəstəliklərin əlamətlərindən bəhs etmək istəyirik.
Kişilər üçün:
* penis ucundan axıntı
* sidik edərkən yanma və qaşıntı
* Penisdə qabarcıq, yara, ziyil və qızartı
* Linfalarda şişlik
* Cinsi əlaqədən sonra yaranmış ümumi halsılıq və narahatlıqlar
* Xayalardan bir və ya ikisində birdən ağrı.
* Cinsi birləşmə əsnasında ya da cinsi orqanlarda davamlı ağrı
Qadınlar üçün:
* Qadınlarda vaginada normalda olan axıntının çoxalması. Axıntı su kimi, süd kimi, sarı və ya yaşıl rəngdə ola bilər. Bəzi vəziyyətlərdə, pis qoxulu ola bilər.
* Cinsi əlaqə sonrası qanama,
* Sidik zamanı yanma, sızıltı, tez-tez az miqdarda sidiyə çıxma,
* Cinsi orqan və çevrəsində qaşıntı,
* Genital bölgələrdə ağrı və bərabərində axıntı,
* genital bölgədə ziyil, xora tipi lezyonlar,
* Cinsi əlaqədən sonra yaranmış ümumi halsılıq və narahatlıqlar
* Cinsi orqanlardan axıntı və ya irin (iltihab) gəlməsi.
* Cinsi birləşmə əsnasında ya da cinsi orqanlarda davamlı ağrı